AZTV sədri Arif Alışanov və onun ailə üzvlərinə qarşı sui-qəsddə təqsirləndirilən Şücaət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov, Aqşin Hüseynov barələrindəki cinayət işi üzrə məhkəmə davam edib.
Unikal.org-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Yaşar Eyyubov dindirilib.
Şahid notariat konturun rəhbəri olduğunu deyib: "Polis İdarəsinə dəvət elədilər. Orada Şücaət Əkbərov keçmiş həyat yoldaşı Səliməyə notarial qaydada etibarnamə verdi. Bunlar hamısı könüllü şəkildə oldu. Həmin vaxtı Şücaət polis tərəfindən həbs edilmişdi".
Təqsirləndirilən Ş. Əkbərovla şahid arasında mübahisə yaranıb.
Hakim Şücaət Əkbərova xəbardarlıq edib və onu zaldan çıxarıb.
Hakim buna etiraz edən Şücət Əkbərovun qızını və keçmiş həyat yoldaşını da məhkəmə zalından çıxardıb.
Prosesdə fasilə elan edilib.
Fasilədən sonra məhkəmə Şücaət Əkbərovun iştirakı olmadan davam edib.
Qoçəli Cebiyevin vəkili vəsatət qaldıraraq müvəkkili barəsində məhkəmə tibbi ekpertizasının keçirilməsini tələb edib. O bildirib ki, müdafiə etdiyi şəxs birinci qrup əlildir.
Vəsatət baxılmamış saxlanılıb.
Prosesdə istitaq dövründə Şücaət Əkbərov və Qoçəli Cəbiyev arasında üzləşmənin görüntüləri izlənilib.
Həmin görüntülərdə Qoçalı Nəbiyev Şücaət Əkbərovun ona düşmən münasibətində olduğunu deyib: "Dedi ki, borcu var. Onu öldürmək istəyirlər. Mən də soruşdum ki, kimdir. Dedi, televiziyada işləyən adamdır. Adı Arifdir. Biz də plan qurduq ki, onlar onu öldürmədən biz öldürək. Plana əsasən, onlar Şamaxıya gələndə biz görüş təyin edib, onları öldürməliydik. Zöhrabı Şücaətlə mən tanış etmişəm. Onunla danışdıq. O da Arifi vurmaq üçün Şücaətə kömək edəcəkdi. Bunun qarşılığında Zöhraba 100 min manat verəcəkdi. Bir də 7 min manata "Niva" aldı. Ümumiyyətlə bu cinayətə bizi Şücaət Əkbərov sövq edib".
Həmin görüntülərdə Şücaət Əkbərovda düşmən münasibətində olduğunu etiraf edib.
O, sui-qəsdlə bağlı isə həmin görüntülərdə sifariş verdiyini nə təsdiq, nə də təkzib edib.
Daha sonra prosesdə Zöhrab Şirinovla Şücaət Əkbərov istindaqdakı üzləşməsinin götüntüləri izlənilib.
Həmin görüntülərdə Zöhrab Şirinov da Arif Alışanova sui-qəsd təşkil etdiklərini etiraf edib: "Qoçalı bizi tanış elədi. 100 min manat qarşılığında Arif Alışanovu öldürəcəkdik. İlk olaraq 7 min manata mənə "Niva" aldılar".
Proses iyulun 4-də davam edəcək.
İttihama görə, Ş.Əkbərov 2013-cü ilin iyul ayından 2017-ci ilin yanvarınadək Şamaxı rayonunda və Baki şəhərində külli miqdarda özgə əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərə mütəşəkkil dəstə yaradıb, qanunsuz olaraq silah, döyüş sursat əldə edib, sifarişlə iki və daha çox şəxsi qəsdən öldürməyə cəhd edib. O, A.Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını ələ keçirmək istəyib.
S.Əkbərov yaxın münasibətlərdə olduğu Musabi Namazov, Qoçali Cəbiyev , onun vasitəsi ilə isə Zöhrab Şirinov ilə A.Alışanovu öldürmək barədə razılığa gəlib, cinayət planını hazırlayıb və mütəşəkkil dəstəyə rəhbərlik edib. Bunun müqabilində dəstə üzvləri Q.Cəbiyevlə M.Namazova 600 min manat pul verəcəyini vəd edib.
2016-cı ilin dekabr ayının 13-də Şamaxı rayonunun Mədrəsə qəsəbəsindəki evinə gələcəyini qabaqcadan bildiyi A.Alışanovu, onun qızı Nigar Alışanovanı və sürücüsü Hacı Babayevi öldürməsini sifariş verib.
Lakin sonradan dəstə üzvü M.Namazov bu cinayətdən könüllü olaraq imtina edib.
Ş.Əkbərov 2016-cı ilin dekabr aylarında A.Alışanovu qəsdən öldürmək məqsədilə başqa şəxs tapmaq barədə dəstə üzvü Q.Cəbiyevə yenidən tapşırıq verib. Q.Cəbiyev əvvəllər məhkum olunmuş, tanışı Z.Şirinovla cinayəti törətmək məqsədi ilə 100 min manat qarşılığında razılığa gəlib. Bir qədər sonra A.Alışanovun, onun bacısı oğlu Dəyanət Cəfərovun içərisində olduğu "Toyota land Cruiser markalı 99-AA- 400 dövlət nömrə nişanlı avtomaşını Çuxuryurd- Şamaxı şossesi yolunda hərəkətdə olarkən yüksək sürətdə vuraraq hündürlükdən dərəyə salmaq barədə plan hazırlanıb.
Q.Cəbiyev telefonla Z.Şirinova zəng edib, cinayətin törədiləcək vaxtı, A.Alışanovun içərisində olacağı avtomaşını markası, rəngi, dövlət nömrə nişanlı barədə məlumatlandırıb.
Lakin A.Alışanov gözlənilmədən öz avtomaşınına deyil, VAZ 21214 "NİVA markalı, 10-LR-099 dövlət nömrə nişanlı avtomaşına əyləşib və Ş.Əkbərov bu barədə dəstə üzvləri Q.Cəbiyev və Z.Şirinovu xəbərdan etməyə imkan tapmayıb.
Plana əsasən, Q.Cəbiyev Çuxuryurd kəndindən keçib Şamaxı şəhərinə doğru hərəkət edən "Toyota Land Cruiser markalı avtomaşını özünün idarə etdiyi VAZ 21214 "NİVA markalı avtomaşınla bir neçə dəfə arxa sol və orta hissəsindən vuraraq yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyərək idarəetməni itirib.
S.Əkbərov qəsdən adam öldürmə cinayətinin icrası üçün qrup üzvlərinə vəd etdiyi 100 min manat pulun bir hissəsini Z.Şirinova verib. Təqsirləndirilən şəxs 2017-ci ilin yanvar ayının 11-də növbəti dəfə A.Alışanovu Şamaxı rayonunda odlu silahdan istifadə etməklə qəsdən öldürmək qərarına gəlib.
Lakin yenə planları baş tutmayıb. Ş.Əkbərov sürücüsü Aqşin Hüseynov və mütəşəkkil dəstənin üzvü Q.Cəbiyev vasitəsilə avtomat silahı Z.Şirinovdan geri alaraq, yenidən A.Alışanovla Şamaxı rayonunun ərazisində görüşəcəkləri barədə razılığa gəlib. Həmin gün Şamaxı rayonunun Mədrəsə qəsəbəsində yerləşən su hovuzuna baxmağa apararkən odlu silahlardan atəşlər açmaqla qəsdən öldürmək barədə dəstə üzvləri Q.Cəbiyev, M.Namazov və Z.Şirinovu təlimatlandırıb.
M.Namazov dəstə üzvləri tərəfindən törədiləcək qəsdən adam öldürmə və qanunsuz silah əldə etmə daşıma, gəzdirməklə saxlama əməlləri barədə polis orqanlarına vaxtında məlumat verib. Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi, A.Hüseynovu və Z.Şirinovu saxlayıb.
Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib.