Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından Sabir körpüsünə qədər hissədə (Bakı-Sumqayıt yolunda) işlər yekunlaşır.
Bu barədə unikal.org-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
Onun sözlərinə görə, sabahdan bu hissə istifadəyə verilir: "İstifadəyə verilən hissə sıxlığı aradan qaldıracaq. Həmin hissə istifadəyə verilməklə 20 Yanvar tuneli ilə hərəkət bərpa edilir. Bundan sonra sıxlıq aradan qaldırılacaq. Tam təmir işləri isə bir həftəyə yekunlaşacaq".