Space Tv-nin "Olar? Olmaz!" verilişində daha bir fakt ortaya çıxıb.
Unikal.org xəbər veirr ki, Amil Xəlilin aparıcısı olduğu verilişdə bu dəfə marketlərin gizli fırıldağından danışılıb.
Qeyd edilib ki bəzi marketlər o cümlədən satış həyata keçirən şəbəkələr (aptek, elektironika) piştaxtalara başqa qiymət kompyuterə isə başqa qiymət yazır. Bir alıcı büdcəsinə uyğun malları seçir və kassa da "sürprizlə" qarşılaşır. Kassir göstərilən hesabdan yüksək qiymət hesablayır. Əgər alıcılar buna diqqət yetirməsələr aldanacaqlar. Yox əgər onlar məhsulların qiymətini hesablasalar kassada artıq qiymətlə qarşılaşdıqlarını hiss edəcəklər.
Marketlərin fırıldağı ilə qarşılaşan Aynur adlı xanımın çıxışından sonra teleaparıcı Amil Xəlil bəzi marketlərə və apteklərə yollanıb. Market rəhbərindən biri səslənən iddialarla razı olduğunu qeyd edib.
Qeyd edək ki veriliş həftə içi hər gün saat 19:55 də Space Tv də Amilin təqdimatında yayımlanır.