Tibb elmində ağciyər toxumalarının iltihabı kimi tanınan pnevmoniyason illər dünyada ən çox rast gəlinən xəstəliklər sırasındadır. İlk dəfə Yaponiyada aşkarlanan və 24 yaşlı bir gəncin ölümünə səbəb olan bu xəstəlik bir müddət sonra bütün dünyaya yayılıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, pnevmoniyanın bir çox növləri var. Onlar arasında daha çox yayılanı və ən təhlükəlisi ocaqlı pnevmoniyalardır.
Pnevmoniya zamanı ağciyərin tənəffüs yolları selikli-irinli maye ilə dolur. Bakteriyaların ağciyərdə yayılması və yaşaması selikli-irinin əmələ gəlməsinə səbəb olur. Pnevmoniya zamanı ağciyərin qan damarları zədələnir. Bakterial iltihab get-gedə bütün orqanizmə yayılır və bu da damarlara, ürəyə, mərkəzi sinir sisteminə mənfi təsir edir. Belə halda hətta sağlam adamda da qan laxtalanması baş verir.Xəstəlik müalicə olunmadıqda xəstə üçün daha təhlükəli hal əmələ gəlir. Bakteriya zəhərləri və ağciyər toxumalarının parçalanması zamanı yayılan maddələr orqanizmi zəhərləyir. Arterial təzyiq düşür, ürək yığılmaları tezləşir.
Pnevmoniya olan insanlarla az təmasda olmaq lazımdır. Çünki asqırma, öskürək, nəfəsalma zamanı mikroblar ətrafa yayılır. Pnevmoniyaya səbəb olan mikroblar bir insandan başqa birinə asanlıqla ötürülür.
Hər insanda orqanizmin bu xəstəliyə müqaviməti fərqlidir. Eyni virus başqa orqanizmdə ölümə belə səbəb ola bilər.
Səbəbləri:
1.Oksigen çatışmazlığı
2.Qapalı yerdə çox oturma
3.Oturaq iş şəraiti
4.Bakteriyalar
5.Viruslar
6.Ağır qrip
7.Soyuqdəymə
8.Zəhərlənmə
9.Şüalar
10.Kimyəvi maddələr
Pnevmoniya həm də allergiya nəticəsində yarana bilir.
Dünyada hər il 1000 insandan 15-i ağır pnevmoniyaya yoluxur. Onlardan səkkizində xəstəlik ölümlə nəticələnir. Səbəb, insanların bu xəstəliyə ciddi önəm verməməsidir.
Əlamətləri:
-¢Titrəmə
-¢Bəlğəm
-¢Sinə ağrısı
-¢Quru və xırıltılı öskürək
-¢Şiddətli başağrısı
-¢Hərarətin yüksəlməsi
-¢Yaddaş zəifliyi
-¢Yorğunluq, halsızlıq
-¢Sümüklərin ağrıması
-¢İştahasızlıq
-¢Dodaqda uçuq
-¢Susuzluq
-¢Baş gicəllənməsi
-¢Dilin quru və ağ olması
Xəstəliyə yoluxmamaq üçün...
Vaxtlı-vaxtında qidalanmaq, spirtli içkilərdən, siqaretdən uzaq olmaq və vitamin qəbulu xəstəliyin qarşısını almağın ilkin yollarıdır. Əgər oturaq və qapalı işdə çalışırsansa, hər bir saatdanbir ən az 15 dəqiqə təmiz hava almalısan.
Pnevmoniyaya qarşı peyvənd mütləqdir. Peyvənd daha çox xroniki ağciyər və şəkər xəstəliyi olanlara, böyrək çatışmazlığından əziyyət çəkənlərə, dalaq əməliyyatı olunanlara, alkoqol aludəçilərinə, AİDS xəstələrinə və 65 yaşdan yuxarı olan insanlara vurulmalıdır.
Müayinə:
Pnevmoniya müayinəsi pulmonoloqlar tərəfindən aparılır. Rentgen vasitəsilə xəstəyə diaqnoz qoyulur.
Müalicə:
Xəstənin olduğu otağın havası hər gün dəyişilməlidir. Xəstənin bədəni tez-tez spirtlə və ya içərisinə azca su qatılmış araqla silinməlidir. Xəstənin qidalanmasına diqqət yetirmək mütləqdir. Çoxlu maye qəbul etməli, sellülozlu ( kələm, çuğundur, xiyar) tərəvəzlər yeməlidir. Sağalma ərəfəsində vitaminlərə tələbat artır və bu zaman təbii tərəvəz və meyvələrlə yanaşı, polivitamin preparatlarından da istifadə edilməlidir. Pnevmoniyanın dərmanla müalicəsinin əsasını antibakterial vasitələr, bəlğəmgətirici preparatlar, bitki çayları təşkil edir.
Pnevmoniya..
-¢Kiçik uşaqlarda, yaşlılarda, ürək, böyrək və duz xəstəliyi olanlarda ölümlə nəticələnə bilər.
-¢Pnevmoniya iki həftə davam edir. Amma xəstəlik sağaldıqdan sonra xəstə iki həftə özünü halsız hiss edir.
-¢Pnevmoniya qadınlara nisbətən kişilərdə daha çox aşkarlanır.
-¢Qarayanız kişilər xəstəliyə daha meyillidir.(axsam.az)