ARB TV-də yayımlanan "Səhər-Səhər verlişinin qonağı olan əməkdar artist Elza Seydicahan gənc yaşlarda başına gələn hadisədən danışıb.
Unikal.org-un məlumatına görə, müğənni gənc yaşlarında yolu azdığından bəhs edib:
"Elə vaxtı olub ki, yolumu azmışam. Bir dəfə mən tələbə vaxtı Biləcəriyə təzə gəlmişdik. Getmişdim dərziyə. Oğlum balaca idi, 5 yaşı vardı. Anam evi təzə almışdı. Evə gələndə azdım. Gecə vaxtı bilmədim hara gedim. Bir maşın geriyə verdi və dedi ki, xanım deyəsən siz azmısız. Mən də ağladım. O vaxt ürkək vaxtım idi. Kişi dedi ki, gəl min maşına aparım da. Dedim ki, yox, mən sizin maşınınıza minə bilmərəm. Siz sürün mən oğlumla gəlim dalınızca. Kişilər tökülüşdü ki, ay bacı narahat olmayın, biz də burdayıq. Minin burdadı maşınla aparsın sizi.