Azərbaycanın bütün ərazisində telekommunikasiya təchizatının dayanıqlığı təmin olunub.
Unikal.org xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, iyulun 2-dən 3-nə keçən gecədən etibarən rabitə müəssisələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Əlavə enerji qurğularının işə salınması nəticəsində ölkə ərazisində sabit və mobil telefon rabitəsi, internet, poçt, televiziya və radio yayımının fasiləsizliyi tam təmin edilib.