Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun vətəndaşların təklif, müraciət və şikayətlərini dinləmək məqsədi ilə Sumqayıt şəhər Tarix Muzeyində növbəti səyyar qəbul-görüşü keçirilib.

Unikal.org xəbər verir ki, səyyar qəbul-görüşdə hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verilib. Müvafiq araşdırma tələb edən digər məsələlərin həlli ilə bağlı tədbirlərin görülməsi, müraciətlərinin araşdırılması və nəzarətə götürülməsi ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.