"Fiziki əlamətlərimizin formalaşmasında qəbul etdiyimiz qidaların əhəmiyyəti danılmazdır".
Unikal.org xəbər verir ki, bu sözləri məşhur professor Canan Karatay deyib. O, hündürboylu olmaq üçün protein tərkibli qidalar qəbul etməyi məsləhət görüb. Professor müəyyən bir yaş həddinə qədər boy uzanmasının davam etdiyini bildirib və əlavə edib ki, yaşlandıqca bu proses tərsinə gedir. Belə ki, qida rasionunda karbohidrat tərkibli yeməklərə (xəmir yeməkləri, un məmulatları, yağlı yeməklər, şirniyyatlar və s.) üstünlük verən insanların boyu qısalır.
Karatay qeyd edib ki, bədənin elastikliyini təmin etmək və bu cür "kiçilmə"nin qarşısını almaq üçün hər gün müəyyən miqdar su qəbul edilməlidir.(yenicag.az)