Sarıkök, zəncəfil, qızıl süd kimi tanınan kokos südü və qara istiot qarışığı çox dadlı, ətirli və faydalı içkidir. Onu daha da şirinləşdirmək üçün bal əlavə edə bilərsiniz.
Təbii inqrediyentlərdən hazırlanan içki stressi azaldır, gərginliyi aradan qaldırır və gecələr rahat yuxuya getməyə kömək edir. Sarıkök, zəncəfil və süddən düzəldilən içkinin gözəl effektləri bununla bitmir.
Unikal.org oxucuları qaraciyəri təmizləyən sadə reseptlə tanış edib.
Şəfaverici içki əsəbləri sakitləşdirir, bədəni rahatlaşdırır, eyni zamanda, orqanizmi çoxlu qida maddələri ilə təmin edir.
İçkinin təsiri nəticəsində qaraciyər zəhərli maddələrdən təmizlənəcək və səhhətiniz bərpa olunacaq. Təklif olunan vasitəni hər gün istifadə etmək məsləhət görülür.
Olduqca faydalı olan sarıkökü əsrlər boyu dərman bitkisini kimi istifadə edirlər. Yəqin ki, sarıkök ən çox öyrənilən ədviyyatdır! Minlərlə araşdırma nəticəsində sübut edilib ki, sarıkök demək olar ki, bütün sağlamlıq problemlərinin müalicəsində effektlidir.
O, xərçəng şişlərinin, ağrı və iltihabi proseslərin inkişafına mane olur, bundan başqa, təmizləyici reaksiyanı stimullaşdıra bilir. Bu ədviyyat istənilən yeməklərə əlavə oluna bilər, o, əlçatan və ucuzdur, həm də yeməkləri daha dadlı edir.
Zəncəfil də olduqca faydalı bitkidir. O, xərçəng xəstəliyinin qarşısını alır, qan təzyiqini nizamlayır, həzmi yaxşılaşdırır, insulin sekresiyanı tənzimləyir, mikrobları məhv edir, ağrı və ürəkbulanmanı aradan qaldırır, həmçinin qan dövranının yaxşılaşmasına kömək edir. Xəstəliklərin müalicəsində onun tayı-bərabəri yoxdur!
Kokos südü faydalı yağ turşuları ehtiva edir, qanda şəkərin səviyyəsini tənzimləməyə qadirdir, ürəyi qoruyur, artıq çəkinin azalmasına kömək edir, eləcə də beyni və bədəni enerji ilə təmin edir. Kokos südü immun sistemini möhkəmləndirir, bakterial infeksiyalara qarşı mübarizə aparır, diş və sümüklərin möhkəmlənməsinə kömək edir, eləcə də sinir sistemini sakitləşdirir.
İnqrediyentlər:
1 çay qaşığı sarıkök
1 dilim kiçik doğranmış zəncəfil
2 fincan süd, kokos südü (inək südü istifadə etmək olar)
1/4 çay qaşığı qara istiot
Təmiz bal ( zövqə görə)
Qeyd: Kolit və digər bağırsaq problemləri olduğu halda qara istiot işlətmək olmaz.
Faydalı içkinin hazırlanma qaydası:
Bal istisna olmaqla, digər inqrediyentləri qazana töküb qarışdırın. Üzərində qabarcıqlar əmələ gələnə qədər orta odda qızdırın. Sonra odu azaldıb 5 dəqiqə ərzində minimum odda saxlayın. Soyumasını gözləyib sonda bal əlavə edin. Əgər darçını sevirsinizsə, onu da əlavə etmək olar.
Bu möcüzəvi içkini gün ərzində və ya yatmazdan qabaq içmək tövsiyə olunur.(publika.az)