Palmali Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov Gəncə hadisələrinə münasibət bildirib.
Unikal.org xəbər verir ki, Mənsimov Azərbaycanda son günlərdə baş verən hadisələr, xalqı hiddətə gətirmək istəyən xarici qüvvələrin çirkli planları olduğunu deyib:
"Azərbaycanda Gəncə icra başçısına silahlı hücum etdilər. Daha sonra qanunsuz mitinq keçirmək istəyən, xarici qüvvələrin dəstək olduğu qrup iki polisi şəhid etdi.
Azərbaycan-Türkiyə əlaqələrinin bu dərəcədə irəli səviyyədə olmasını götürə bilməən və Azərbaycanın güclənməsini istəməyən bu qüvvələr hədəflərinə çata bilməyəcəklər.
Azərbaycan xalqı bu çirkin planların oyuncağı olmadı və lazımlı cavab verdi. Prezidentimiz İlham Əliyev və xalqımızın yanındayıq".