Ermənistanın yeni hakimiyyəti Azərbaycana qarşı təxribatçı addımlarını davam etdirir.

Unikal.org modern.az-a istinadən xəbər verir ki, işğalçı ölkə Qarabağdan Ermənistana növbəti yol çəkməyi planlaşdırır. Ermənistan nəqliyyat naziri Aşor Akopyanın separatçı rejimin "şəhərsalma naziri" Karen Şahramanyanla görüşü zamanı Zəngilan-Mincivan-Gorus yolunun çəkilməsi müzakirə edilib.

İranla sərhəd boyunca yerləşən yolun yaxın aylarda təmir olunaraq asfaltlanması planlaşdırılır.
Xatırladaq ki, buna qədər Qarabağdan Ermənistana Gorus-Xankəndi, Vardenis-Ağdərə və Zod-Kəlbəcər yolları çəkilib.