Qəzza zolağında bəzi ərəb ölkələrini hədəf alan qruplaşma məhv edilib. Həmin silahlı təşkilat Misir Prezidenti Əbdülfəttah Sisiyə sui-qəsd planlaşdırırdı.
Unikal.org xarici KİV-ə istinadən bildirir ki, bu barədə HƏMAS-ın yaydığı açıqlamada deyilib.
"HƏMAS, Fəth Mərkəzi Komitəsinin sədri Töfiq Tayravinin təlimatı əsasında hərəkət edən silahlı qruplaşmanın planlarını deşifrə edib. Məlumata görə, aralarında Misir Prezidenti Əbdülfəttah Sisinin olduğu bəzi rəsmi şəxslərə qarşı sui-qəsd plalaşdırılıbmış. Məsələ ilə bağlı bəzi fələstinli qruplar məlumatlandırılıb", - məlumatda bildirilib.