İtaliyanın Kalabriya bölgəsində dörd miqrantın diri-diri yandırılaraq öldürülməsi ilə bağlı araşdırma aparılır.

"Unikal" xəbər verir ki, hakimiyyət hadisəni “kütləvi qətl” kimi qiymətləndirib. Polis cinayət işi üzrə iki nəfərin saxlanıldığını açıqlayıb.

İstintaqın məlumatına əsasən, hücum edənlər avtomobildə olan miqrantların üzərinə tezalışan maye tökərək nəqliyyat vasitəsini yandırıblar. Daha sonra qapıları bağlayaraq onların qaçmasına mane olublar. Avtomobildə olan şəxslərdən yalnız biri baqaj hissəsindən çıxaraq xilas ola bilib.

Məlumata görə, qurbanlar kənd təsərrüfatı sahəsində çalışan əmək miqrantları olub. Hadisə İtaliyada miqrant əməyinin istismarı və qeyri-qanuni işəgötürmə şəbəkələri ilə bağlı problemləri yenidən gündəmə gətirib.

Kalabriya prokurorluğu cinayətin xüsusi ağırlığa malik olduğunu bildirib.