Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) cari ilin 4 ayı ərzində sarı qızdırmaya 2,4 min yoluxma halı qeydə alıb. Eyni zamanda Anqolada bu xəstəlik 300 nəfərin ölümü ilə nəticələnib.
Unikal.org xəbər verir ki, bu barədə ÜST-nin baş direktorunun köməkçisi Brüs Eylvard məlumat verib.
"Yüksək ölüm səviyyəsi xəstəliyin potensial təhlükəli xarakter daşıdığını təsdiqləyir və onun bütün dünyada yayılması riski var", - deyə "Reuters" Eylvardın sözlərini sitat gətirib.
Sarı qızdırma - kəskin virus xəstəliyidir. Xəstəlik ağcaqanadlar vasitəsi ilə keçir.