
Gəncədə piyadalın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 23 radələrində şəhərin Üzeyir Hacıbəyov küçəsində, "Nizami Sovxozu" adlanan ərazidə qeydə alınıb. Məlumata görə, "VAZ" markalı avtomobilin idarəetmədən çıxması nəticəsində 6 piyada vurulub.
Xəsarət alan piyadalardan 4-ü Abbas Səhhət adına xəstəxanaya, ikisi isə Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Xəsarət alanlardan biri uşaq, üçü isə böyükdür.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.