Saratov vilayətində iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzasında içərisində 1 uşaq olmaqla 3nəfər həyatını itirib.

Unikal.org İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə vilayətin yol polisi idarəsindən məlumat verilib.

Beləki "Nissan" və "Lada Kalina" avtomobillərinin toqquşması nəticəsində üç nəfər - o cümlədən uşaqhəlak olub. Daha 5 nəfər isə ağır vəziyyətdə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.