ABŞ prezidenti Donald Trampın Tailand və Kamboca arasındakı münaqişənin həllində göstərdiyi köməyə görə Nobel Sülh Mükafatına namizəd göstərilib.

"Unikal" xəbər verir ki, bu barədə Kamboca baş nazirinin müavini Sun Chanthol " The Wall Street Journal"a müsahibəsində deyib. 

“O (ABŞ Prezidenti Donald Tramp) təkcə Kambocada deyil, digər regionlarda da gördüyü işlərə görə Nobel mükafatı almalıdır”, - deyə rəsmi bildirib.

Chantol vurğulayıb ki, Trampın iştirakı olmasaydı, ölkələr çətin ki, münaqişəyə son qoysunlar.

İyulun 24-nə keçən gecə mübahisəli ərazidə iki ölkənin quru qoşunları arasında atışma başlayıb. Tailand hakimiyyəti Kambocanı münaqişəni qızışdırmaqda ittiham edib və daha sonra ölkənin Hərbi Hava Qüvvələri onun ərazisindəki hədəflərə zərbələr endirib.