Mingəçevirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"Unikal"ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində Sənaye Parkının önündə baş verib. Belə ki, "Opel" markalı maşın yolu keçmək istəyən şəhər sakini 67 yaşlı Əntiqə Əhmədovanı vurub və qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma başlanıb.
Ehtiram Muradov