Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub.

Unikal.org türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, danışıq Türkiyə XİN başçısının təşəbbüsü ilə baş tutub. Söhbətin təfərrüatları açıqlanmır.

Xatırladaq ki, daha öncə ABŞ Türkiyədə həbsdə olan amerikalı rahib Endryu Kreyq Bransonun azadlığa buraxılmadığı halda ölkəyə qarşı sanksiyalar tətbiq edə biləcəyini bəyan edib.