Banqladeş hökuməti "Roanu" tropik  qasırğasının yaxınlaşması  ilə əlaqədar 2 milyon 100 min nəfəri təxliyə edir.
Unikal.org-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, sinoptiklərin proqnozlarına əsasən, şiddətli yağış və daşqınlara səbəb olacaq qasırğa mayın 21-də ölkənin sahilboyu ərazilərində tüğyan edəcək.
 
Əhali üçün minlərlə xüsusi sığınacaqların hazırlandığı bildirilir. 2007-ci ildə Banqladeşdə güclü qasırğa nəticəsində 4 000 mindən çox ölüb, 2009-cu ildə isə "Ayla" qasırğası 179 nəfərin həyatına son qoyub.