
Budapeştdə anadan olmuş Şandor Tariks Olimpiya oyunlarının qızıl medalını 1936-cı ildə su polosu üzrə yarışlarda qazanmışdı.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Berlin Oplimpiadasının şempionu 102 yaşında dünyasını dəyişib. Bu xəbəri Şandor Tariksin qızı verib.
1949-cu ildə Tariks ABŞ-a köşüb. Burada o memarlıq və mühəndisliklə məşğul olub.
O, dünyada ən qocaman olimpiya çempionu və İkinci Dünya müharibəsindən əvvəl keçirilmiş Olimpiadaların yeganə canlı iştirakçısı idi