Zambiyanın Kitve şəhərindən digər əyalətinə gedərkən yolu qısaltmaq üçün Keniya ərazisinə daxil olmuş sərnişin avtobusu dəhşətli qəzaya uğrayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, böyük sürətlə hərəkət edən avtobusun təkəri deşildikdən sonra o, yolun kənarındakı termit yuvasına çırpılıb.
70 sərnişinin olduğu avtobusda 37 nəfər həlak olub, daha 22 nəfər yaralanıb.
Bildirildiyinə görə, həlak olanların hamısı Zambiya vətəndaşıdır.