Dövlət Baytarlıq Xidməti diri heyvanların satışı aparılan rayonların icra hakimiyyəti başçılarına müraciət ünvanlayıb.
Xidmətdən unikal.org-a verilən məlumata görə, müraciətdə ölkə ərazisində mövcud olan epizootik vəziyyətin sabitliyinin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində rayonda fəaliyyət göstərən diri heyvanların satışı aparılan bazarlarda dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin həyata keçirilməsinə zərurət yarandığı bildirilir.
Müraciətdə rayon baytarlıq idarələrinin mütəxəssisləri tərəfindən qeyd olunan tədbirlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun rayon ərazisində operativ şəkildə həyata keçirilməsinə əməli köməklik göstərilməsindən və qarşılıqlı əməkdaşlıqdan məmnunluq ifadə edilir.