Azərbaycana silah satışı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində tərəfdaş hesab edilən Ermənistan və Belarus arasında münasibətləri gərginləşdirib.

"Unikal" xəbər verir ki, bu barədə Erməniostanın "Hetq" nəşri məlumat əldə edib. 

Qeyd olunub ki, Belarusdan sızan daxili dövriyyə sənədləri 2020-ci ildə 44 günlük müharibə zamanı Azərbaycanın Belarus silahlarından istifadə edildiyini göstərir.

"Hər iki ölkə Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olduğu üçün Ermənistan hökuməti Belarusun düşmənə silah satmasından xüsusilə narahatdır. Eyni alyansın üzvü olmasına baxmayaraq, Belarusun özəl silah istehsalçısı Tetrahedron Azərbaycana hava hücumundan müdafiə sistemlərini təkmilləşdirməyə kömək edib" - deyə bildirilib. 

O da qeyd olunub ki, Azərbaycan 44 günlük müharibədə Belarus silahları ilə 11 erməni pilotsuz təyyarəsini vurub. 

Qeyd edək ki, Azərbaycan müharibədən əvvəl Belarusdan “Buk-MB” zenit raket kompleksi almışdı. 

Ağarza Elçinoğlu