Avqust ayının 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xaricdəki ərazilər üzrə dövlət naziri Stiven Doutini qəbul edib.
"Unikal" xəbər verir ki, görüşdə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld da iştirak edib.
Səfir görüş barədə özünün X səhifəsində Azərbaycan dilində paylaşım edib: "Nazir Stiven Douti ilə birlikdə Zati-aliləri İlham Əliyev ilə möhtəşəm bir görüş. Ticarət və investisiya, təhlükəsizlik, iqlim dəyişikliyi, enerji və təhsil daxil olmaqla, geniş Böyük Britaniya - Azərbaycan tərəfdaşlığı ilə fəxr edirik.
Sülh və qarşılıqlı əlaqələrin inkişafı bu regionu formalaşdıracaq".
Ağarza Elçinoğlu
Nazir @SDoughtyMP ilə birlikdə Zati-aliləri @presidentaz ilə möhtəşəm bir görüş.
— FergusAuldFCDO (@FergusAuldFCDO) August 26, 2025
Ticarət & investisiya, təhlükəsizlik, iqlim dəyişikliyi, enerji və təhsil daxil olmaqla, geniş 🇬🇧-🇦🇿 tərəfdaşlığı ilə fəxr edirik.
Sülh və qarşılıqlı əlaqələrin inkişafı bu regionu formalaşdıracaq. pic.twitter.com/qvrXDu4QZC