Yəmənin Hadramut vilayətinin Əl-Mukalla şəhərində terror aktı baş verib.
Unikal.org TACC xəbət agentliyinə istinadən xəbər verir ki, Yəmən ordusunun Əl-Mukalla şəhərindəki postu yaxınlığındakı avtomobildə yerləşdirilmiş bombanın partlaması nəticəsində bir neçə nəfər ölüb.
Həftə ərzində Hadramutda İŞİD terror qruplaşmasının həyata keçirdiyi terror əməliyyatları nəticəsində ümumilikdə 60 nəfər həlak olub. Onlar arasında hərbçilər və polis əməkdaşları da var.