Mayın 22-də axşam saatlarında Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib.
Unikal.org Oxu.az-a istinadən xəbər verir ki, yol qəzası Neftçilər prospektində, Dövlət Bayrağı Meydanının yaxınlığında qeydə alınıb.
Məlumata əsasən, qəza zamanı "Mazda" və "Ford" markalı avtomobillər toqquşub.
Hadisə şahidləri bildiriblər ki, qəza nəticəsində bir neçə nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.