"Realın və Braziliya millisinin sabiq üzvü Julio Baptista yenidən futbola qayıdıb.
Unikal.org xəbər verir ki, 36 yaşlı futbolçu Rumıniyanın "ÇFR Kluj" klubuna transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat verib.
Futbolçu ilə bir illik müqavilə imzalanıb.
Karyerasına Braziliyanın "Sao Paulo klubunda başlayan Baptista, "Sevilya, "Real, "Arsenal, "Roma kimi klubların şərəfini qoruyub. 36 yaşlı yarımmüdafiəçi Braziliya millisi ilə 48 qarşılaşmada iştirak edib və 5 qol vurub.
Son olaraq Amerikanın "Orlando Siti klubunda çıxış edən Baptista, 2017-ci ildən heç bir klubda forma geyinməyib.