Ölüm anından sonra ürək dayansa da, bədən daha sürətli işləməyə başlayır.
Unikal.org bildirir ki, ürək dayandıqdan sonra tibbi baxımdan ölüm təsdiqlənir. Ürək dayandıqdan sonra bədənin müxtəlif orqanları fərqli ölüm sırasını davam etdirməyə başlayır. İlk dəyişiklik qan damarlarında müşahidə edilir. Ürək qanı dövran etməyi dayandırdığı üçün qan damarlarda yığılır və axın dayanır.
Qanın dövranı dayandığı üçün bədən iki rəng almağa başlayır. Bunun səbəbi bədənin alt hissəsindəki qanın cazibə qüvvəsi səbəbilə çökməsidir. Bu da çürümüş kimi bir görüntünün yaranmasına səbəb olur. Qanın çökmədiyi yerlər isə həddən artıq solğun rəng alır.
Daha sonra bədənin hərarəti düşməyə başlayır. Normalda 36.5 C olan bədən temperaturu düşür, bədən soyuyur.
Ölümdən bir neçə saat sonra hüceyrələri qidalandıran sistemin adenosine trifosfat səviyyəsi düşdüyü üçün bədən sərtləşməyə başlayır. Bu bədəni dəmir kimi möhkəmləndirir. Sərtləşmə ilk olaraq boyun əzələləri və gözlərdə başlayır.
Qan toplanır, laxtalanır. Amma bədən öldükdən sonra belə, əsnəmə mümkündür. Bunun səbəbi əzələ hüceyrəsinin ölməsi və bir neçə əzələnin büzülməsi ilə hərəkətin baş verməsidir.
Əzələlər boşaldıqca üz cizgiləri düzləşməyə başlayır. Qırışlar və qaş çatma izləri yoxa çıxır.
Bədən sərtləşsə də, daxili orqanlarda bu proses çox yavaş inkişaf edir. Beyin dayandığı üçün bağırsaq içində olanlar bayıra tökülür.
Ölən hüceyrələr, bakteriyalarla birlikdə pis qoxular yaranmağa başlayır.
Mütəxəssislərə görə, insan öldükdən sonra belə bədən səs çıxara bilər. Bədən sərtləşmə və qaz buraxan bağırsaqların sayəsində qıcırdaya və inləyə bilər. Bağırsaqlar bakteriya içərisində olduğu üçün həzm sistemi bağlandıqdan sonra bu bakteriya vəhşiləşir və bağırsaqları çökdürür.
Orqanlar parçalandıqca və bağırsaqlar qaz ifraz etdikcə, bu qazlar gözlərin və dilin şişməsinə səbəb olur.
Hüceyrələr parçalanır, orqanlar məhlul halına düşür və proteinlər ayrılır və orqanizm dağılmağa başlayır.
Qaz çoxaldıqca dəri sümük və əzələlərdən ayrılır.
Mütəxəssislər qeyd edir ki, ən sonda sümüklər dağılır. Bakteriyalar, göbələklər və digər orqanizmlərin bədənin qalan hissəsi ilə yox olmasından uzun illər keçəndən sonra sümüklərdəki protein parçalanır və hidroksiapatit buraxaraq toza çevrilən sümük mineralına dönür.