Azərbaycanlı zəvvarlar Həccin bütün əməllərini yerinə yetirərək hacı olublar.

Unikal.org "Reporta sitinadən xəbər verir ki, onlar bu gün Məkkəyə qayıdaraq Həccin sonuncu əməllərini yerinə yetiriblər. Bununla da müqəddəs Həcc ziyarətinin bütün əməlləri tamamilə bitib.

Azərbaycanlı hacılarüç gün Məkkədə qalacaq, daha sonra Mədinə şəhərinə gedəcəklər. Orada da üç gün qaldıqdan sonra sentyabrın 1-dən geri qayıdacaqlar. Azərbaycana geri dönüş sentyabrın 1-dən günün ikinci yarısından sonra gündə iki reys olmaqla sentyabrın 5-nə qədər baş tutacaq.

Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Azərbaycana 1440 kvota ayrılıb, qiymət isə4150 dollar müəyyən edilib. Ötən il olduğu kimi, Azərbaycandan təkrar Həcc ziyarətinə gedən zəvvarlar əlavə 535 dollar ödəyiblər.