Qurban bayramının 2-ci günündə bayram yarmarkalarında alıcı az olmasına baxmayaraq satıcılar gətirilən heyvanların çox hissəsini satdıqlarını deyirlər.

Unikal.org Xəzərxəbərə istinadən məlumat verir ki, satıcılar ötən günlə müqayisədə bu gün qurbanlıq heyvanın alınmasında alıcı azlığını müşahidə edibər.

Bəzi satıcılar qalan heyvanların qiymətində dəyişiklik olmayacağını, bəziləri isə heyvanların qiymətlərində endirim etməyəcəklərini bildirirlər.

Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə paytaxt və bölgələrdə iribuynuzlu və xırdabuynuzlu heyvanların satış yarmarkası keçirilib. Yarmarkalar Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi məntəqələrdə təşkil olunub. 21-23 avqust tarixlərində keçirilən yarmarkalarda ümumin 35 minə yaxın qurbanlıq heyvanın satışa çıxarılması nəzərdə tutulmuşdu.