24 avqust 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə İslandiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Berqlind Asqeyrsdottir arasında tanışlıq görüşü keçirilib.

Unikal.org xəbər verir ki, görüş zamanı Azərbaycan ilə İslandiya arasında ətraf mühit sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.