Bakıda qadınlara hücum edən manyak peyda olub.

Unikal.org xəbər verir ki, paytaxtın Nəsimi rayonunda naməlum şəxs və ya şəxslər yoldan keçən qadınlara hücum edir.Bu barədə sosial şəbəkədə jurnalist Jalə Mütəllimova yazıb.Xanım jurnalist qeyd edib ki, "Yeganə şadlıq sarayının arxasındakı küçədə, 5 nömrəli məktəbin yaxınlığında bir xanıma naməlum şəxs arxadan yaxınlaşaraq, əli ilə onun ağzını tutub.Qadın müqavimət göstərib, qışqırdıqda səsə yaşlı adamın gəlməsi ilə həmin şəxs ərazidən uzaqlaşıb.Bir neçə gün sonra sözügedən ərazidə oxşar hadisə təkrarlanıb.Bir neçə gün sonra qeyd edilən ərazidə naməlum şəxs yenidən qadınlara hücum edib.

Xoşagəlməz hadisənin təkrarlanmaması üçün jurnalist Jalə Mütəlimmova Nəsimi Rayon Polis idarəsindən hadisəni araşdırmağı xahiş edib.