Xəbər verdiyimiz kimi, erməni əsilli məşhur amerikalı qumarbaz-milyoner, "poker kralı kimi tanınan Den Bilzeryan bu gün Azərbaycanın işğal altındakı ərazilərinə gəlib.
Məlumdur ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən əcnəbilər Xarici İşlər Nazirliyinin (XİN) "qara siyahı"sına daxil edilir.
Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən Den Bilzeryan "arzuolunmaz şəxslər" siyahısına daxil ediləcəkmi? Sözügedən məsələ ilə bağlı Unikal.org-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev münasibət bildirib:
"Elə bir qumarbaz, cılız adamdır ki, onun səfərinə XİN səviyyəsində şərh verməyi doğru hesab etmir, onun haqqında açıqlama verməyə lüzum görmürük. Xarici İşlər Nazirliyi erməni əsilli şəxslərin, diaspor nümayəndələrinin işğal olunmuş Azərbaycan torpaqlarına səfəri zamanı "Qara siyahı"ya daxil etmirik. Çünki onların niyyəti bəllidir".
Famil Fərhadoğlu