FETÖ-nün 27 məktəbinin fəaliyyətinə son qoyan Qazaxıstan hökuməti ölkədə Türkiyənin Maarif Dərnəyinin fəaliyyətinə iczə verib.
Unikal.org xəbər verir ki, FETÖ fəallarını bir-bir Türkiyəyə təslim edən Qazaxıstanın bu dəfə Mustafa Özcanı Türkiyəyə ekstradisiya etməsi gözlənilir. M.Özcan FETÖ-nün ikinci şəxsi - Balkanlar üzrə imamıdır.
Qeyd edək ki, Ərdoğanla Nazarbayevin son görüşündə FETÖ mövzusu müzakirə olunmuşdu.