Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putinin Soçidə keçirilən görüşü başa çatıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, mətbuata qapalı keçən görüş 1 saat 50 dəqiqə davam edib. Təkbətək görüşdən sonra prezidentlər nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparıblar. Liderlərin görüşündə Suriya məsələsi başda olmaqla, bir sıra regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldığı bildirilir.

Rəcəb Tayyip Ərdoğan görüşün əvvəlində Türkiyənin Rusiya ilə siyasi, hərbi, iqtisadi və digər sahələrdə əlaqələrinin genişləndiyini diqqətə çatdırıb. Xüsusən regional mövzularda iki ölkənin mövqeyinin bölgəni də umidləndirdiyini deyən Türkiyə Prezidenti bildirib ki, bu gün dünyanın gözü Soçidədir.

Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, iki ölkənin əlaqələri yüksələn xətlə inkişaf edir, bölgənin təhlükəsizliyi baxımından əməkdaşlığımız genişlənir. "Müzakirə edəcəyimiz çoxlu mövzular var. Onları həm gözdən keçirəcək, həm də həll yolları axtaracağıq, - deyə V.Putin bildirib.

xxx


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında Soçidə görüş başlayıb.

Unikal.org Türkiyə KİV-inə istinadən xəbər verir ki, dövlət başçıları Suriyadakı, xüsusi ilə İdlibdəki vəziyyəti müzakirə edəcək.

Görüşdə İdlibdəki müşahidə məntəqələrinin gücləndirilməsi, qanunsuz qruplaşmaların tərk-silah edilmələri və başqa bu kimi məsələlərin müzakirə ediləcəyi ehtimal olunur.

Rəcəb Tayyib Ərdoğan Azərbaycandan ölkəsinə dönərkən, təyyarənin göyərtəsində jurnalsitlərə bildirib ki, Türkiyənin İdlibdə 12, Rusiyanın 10, İranın isə az sayda müşahidə məntəqəsi var.