ABŞ-ın Nyu-York şəhərində yerləşən "Kings Plaza ticarət mərkəzinin avtomobil dayanacağında baş verən yanğın nəticəsində azı 17 nəfər xəsarət alıb.

Unikal.org TASS-a istinadən xəbər verir ki, Nyu-York Şəhər Yanğınsöndürmə Departamentinin "Twitter" səhifəsində xəsarət alanlardan 15 nəfərinin yanğınsöndürənlər olduğu bildirilir. Onların vəziyyətinin normal olduğu qeyd edilir.
Hazırda yanğının söndürülməsi davam edir. Hadisənin səbəbləri hələlik məlum deyil.