Ermənistanın Qarabağ müharibəsi veteranlarını öz sırasında birləşidrən "Yerkrapa" İttifaqının sədri, general-leytenant Manvel Qriqoryan Yerevanda mətbuat konfransı keçirib.
Qarabağdan ötən gün qayıdan Qriqoryan mətbuat konfrasında Ermənistan tərəfinin itirdiyi əraziləri geri qaytaracağını bəyan edib və Azərbaycanı hədələyib.
"Qarabağda təmas xəttinin konturları tez-tez dəyişir və hələ dəyişməkdə davam edəcək. Bütün dövrlərdə bizimkilər yeni mövqelər tutublar. Fürsət tapan kimi itirilmiş əraziləri geri qaytaracağıq".
Manvel Qriqoryan 2 gün öncə Qarabağdakı 1740, ötən gün isə özü başda olmaqla 113 könüllünün Ermənistana qayıtdıqları barədə məlumat verib.(Modern.az)