ABŞ-ın Kaliforniya ştatında dəhşətli hadisənin üstü açılıb.

Unikal.org xarici mətbuata istinadla xəbər verir ki, ştatın məşhur cərrahlarından olan Qrant Uillam Robişoks, sevgilisi Serissa Riley ilə birlikdə yüzlərlə qadını dərmanlarla yatıraraq onlara təcavüz ediblər.

Cütlük xəstəxanada qəbula gələn 2 nəfər qadına dərman verərək yatırıb. Daha sonra onları cinsi istismara məruz qoyub.

Şikayətçi qadınların ifadəsindən sonra araşdırmalara başlayan ştat polisi cütlüyün evindən mindən çox intim məzmunlu video-material və sənədləri üzərə çıxarıblar.

Qrant və Serissa barədə cinayət işi açılıb, araşdırma aparılır.