Sudanın Hərbi Hava Qüvvələrinə məxsus "K-8" təyyarəsi qəzaya uğrayıb.
Unikal.org-un məlumatına görə, bu barədə "Sudan Tribune" ordunun briqada generalı Əhməd Xalif əş-Şama istinadən xəbər verib.
Bildirilir ki, hadisə paytaxt Xartum şəhəri yaxınlığında təlim uçuşu zamanı qeydə alınıb. Qəza zamanı 2 təyyarəçi həlak olub.
İlkin ehtimala görə, təyyarənin qəzaya uğramasına qəfil yaranmış texniki çatışmazlıq səbəb olub.