Türkiyədə gizli yollarla Pakistandan qaçan 80 miqrant aşkar edilib.

Unikal.org xəbər verir ki, miqrantların Türkiyədən əvvəl Yunanıstana getdiyi məlum olub. Aralarında qadın və uşaqların olduğu miqrantlar sorğu-sual zamanı dəhşətli faktlar açıqlayıblar. Bildiriblər ki, qeyri-qanuni yolla keçdikləri Yunanıstanda polis əməkdaşları tərəfindən saxlanılaraq amansız işgəncələrə məruz qalıblar.

Günlərlə ac, susuz saxlanılan müsəlmanlara qarşı yunan polislərin qeyri-insani rəftarı bununla bitməyib. Onlar gecə saatlarında miqrantları soyunduraraq alçaldıcı hərəkətlər edib və ölümlə hədələyiblər.

Təhqir və ağır işgəncələrlə üzləşən pakistanlılar çıxış yolunu Türiyəyə qaçmaqda görüblər. Su yolu ilə Türkiyəyə keçən miqranların kimliyi dəqiqləşdirilib, daha sonra onlar qeydiyyata alınaraq qaçqın düşərgələrinə yerləşdiriliblər.