Ukrayna Ali Radasının heç bir fraksiyaya qoşulmayan deputatı Yuri Derevyanko Donbasda seçkilərin qadağan edilməsini özündə ehtiva edən qanun layihəsini parlamentin müzakirəsinə təqdim edib.
Unikal.org TASS agentliyinə istinadən xəbər verir ki, Donbasda seçkilərin keçirilməsi 2015-ci ilin fevral ayında Minskdə imzalanmış Ukraynanın şərqindəki münaqişənin sülh yolu ilə tənzimlənməsi üzrə sazişin ən ümdə bəndlərindən biridir.
Xatırladaq ki, həftənin əvvəlində Normandiya dördlüyünün (Rusiya, Ukrayna, Fransa, Almaniya) liderlərinin telefon söhbətinin gedişində Donbasda seçşkilər məsələsi gündəmə gətirilmişdi.