Bərdədə müəmmalı bıçaqlanma hadisəsi baş verib.
Unikal.org Ans press-ə istinadən xəbər verir ki, Xanağalı kənd sakini 1995-ci il təvəllüdlü Elnur Məmməd oğlu Məmmədov bədəninin müxtəlif nahiyələrindən aldığı bıçaq xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Lazımı tibbi yardım göstərilən xəstə istintaqa ilkin ifadəsində qardaşı 1991-ci il təvəllüdlü Elçin Məmmədov tərəfindən bıçaqlandığını və qardaşının ona xəsarət yetirdikdən sonra ərazidən uzaqlaşdığını bildirib.
Dərhal əməliyyata başlayan polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən 25 yaşlı Elçini saxlayıblar. Saxlanan şəxs qardaşına heç bir xəsarət yetirmədiyini bildirib.
Maraqlı məqam isə ondan ibarətdir ki, bıçaqlanan şəxsin ailə üzvləri də istintaqa ilkin ifadələrində xəsarət alan Elnurun psixoloji problemlərinin olduğunu və onun öz-özünə xəsarət yetirdiyini bildiriblər. Kənd sakinləri də Elnur Məmmədovun, doğrudan da, psixi problemləri olduğunu deyiblər.
Faktı Bərdə polis əməkdaşları araşdırır.