Türkiyənin Muğla əyalətində turist avtobusu aşıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər xəsarət alıb.
Xəsarət alanlardan 8 nəfəri xarici vətəndaşdır. Onlar arasında Fələstin vətəndaşlarının olduğu deyilir.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri araşdırılır.