Serbiya Prezidenti Aleksandr Vuçiç Kosovo xüsusi təyinatlılarının fəaliyyəti səbəbindən ordunun tam döyüş hazırlığı vəziyyətinə gətirilməsi barədə əmr verib.

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, əmr Serbiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə verilib.

Eyni zamanda Daxili İşlər Nazirliyinin (DİN) xüsusi təyinatlıları da tam döyüş hazırlığına gətirilib.

Qeyd edək ki, Kosovo DİN-in 60-a yaxın xüsusi təyinatlısı(ROSU) şimalda yerləşən "Qazivode" su elektrik stansiyasının akkumulyasiya gölü yaxınlığındakı mövqeləri tutub və bəndin yaxınlığındakı ekologiya və idman mərkəzinə daxil olublar.