Bərdədə "Shacman" markalı yük maşını ilə "VAZ-21011"in toqquşması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

Unikal.org-un report-a istinadən məlumatına görə, qəza nəticəsində "Jiquli"nin Goranboy rayon sakinləri olduğu ehtimal edilən sürücüsü, həmçinin maşında olan iki qadın və bir uşaq həyatını itirib. Hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir.  "Shagman"ı Nuriyev Raqif Səxavət oğlu idarə edib.

xxx

Bərdə rayonunda bir neçə nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Mehdili kəndi ərazisində olub.

"KamAZ" markalı yük avtomobili ilə "VAZ-21011" maraqlı minik avtomobili toqquşub. İlkin məlumata görə, nəticədə minik avtomobilinin sürücüsü və iki sərnişini ölüb.

Faktla bağlı Bərdə rayon Polis şöbəsində araşdırma aparılır.

***23:19

Bərdə rayonunda baş verən dəhşətli yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, hadisə Goranboy rayonunun Dəliməmmədli kənd sakini Vəliyev Azər Məmməd oğlunun idarə etdiyi "VAZ-21011" markalı 22-BM-803 dövlət nömrə nişanlı avtomobillə Goranboy rayon sakini Nuriyev Raqib Səxavət oğlunun idarə etdiyi "HOVO" markalı 04-BN-914 markalı yük maşını ilə toqquşması nəticəsində baş verib.

Hadisə nəticəsində "VAZ-21011" markalı avtomobilin sürücüsü Azər Vəliyev və sərnişinləri 1950-ci il təvəllüdlü Rəcəbəliyeva Zeynəb Əbdülkərim qızı, 1970-ci il təvəllüdlü Rəcəbəliyeva Rəna Əli qızı və 2005-ci il təvəllüdlü Vəliyev Rəvan Azər oğlu hadisə yerində keçiniblər.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.