Azərbaycan ərazisində zəlzələ baş verib.

Unikal.org xəbər verir ki, yeraltı təkanlar oktyabrın 3-də, Bakı vaxtı ilə 18:34-də, Şəmkir rayonundan 25 km şərqdə, Samux rayonunun Qarayeri kəndindən 8 km-də şimalda qeydə alınıb.

Yeraltı təkanlar yerin 10 km dərinliyində 3,4 maqnituda gücündə baş verib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.