Türkiyədən törədilən partlayış nəticəsində 4 hərbçi şəhid olub, 5-i isə yaralanıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ölkənin Batman əyalətinin Hasankeyf rayonunda baş verib.

Avtomobil yolunda təhlükəsizliyi təmin edən hərbçilərin olduğu avtomobili ərazidən keçərkən əldəqayırma partlayıcı qurğu partladılıb.