Rusiya baş prokurorunun müavini Saak Karapetyan helikopter qəzası nəticəsində ölüb.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə ölkənin Kostroma vilayətində baş verib.

Qəzaya uğrayan helikopterdə baş prokukrorun müavinin S.Karapetyanla yanaşı, daha 2 nəfər olub. Onların hamısı həlak olub.

Hadisə ilə bağlı araşdırma aparılır.