Bakıda ev sahibinin bacısı 1000 manatlıq qızıl-zinət əşyaları oğurlayıb.
Unikal.org Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Buzovna qəsəbəsində qeydə alınıb.
Belə ki, Xəzər rayon Polis idarəsinin 2-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 2-də Buzovna qəsəbəsindəki evlərin birindən 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibinin bacısı, Sabirabad rayon sakini S.Nəsirova saxlanılıb.